Bal necə hesablanır
İki ayrı bal
Restoranlarda iki bal yan-yana göstərilir və bir-birinə qarışdırılmır:
- Yoxlametr (qırmızı halqa) — yoxlat.com-da rəy yazanların neçə faizinin razı qaldığını göstərir. Məsələn, "87% məmnun" — 100 nəfərdən 87-si müsbət rəy yazıb. Yalnız bu saytdakı rəylərdən hesablanır və ilk 3 rəydən sonra açılır.
- Google balı (G nişanı) — Google Maps-dəki orta ulduz və rəy sayı. Müqayisə üçün göstərilir, Yoxlametrə təsir etmir.
Beləliklə, eyni restoranın Google-da və Yoxlat istifadəçiləri arasında necə qiymətləndirildiyini ayrıca görürsünüz.
Rəy necə müsbət sayılır
Yalnız ulduza baxılmır: rəyin mətni də oxunur. 5 ulduz verib "soyuq gəldi, gözlətdilər" yazan rəy müsbət sayılmaya bilər.
Bir rəyin dəyəri
Rəyin dəyəri = 65% ulduz + 35% mətnin tonu. Məsələn, kimsə 5 ulduz verib, amma "köhnə idi, qoxu verirdi" yazıbsa, bu rəy balı 5 kimi yox, təxminən 3,6 kimi artırır.
Xarici platformalar
Google və digər platformalardan gələn rəylər göstərilə bilər, yanında mənbə kiçik hərflə yazılır, məsələn (google). Onlar Yoxlat balına daxil edilmir.
Az rəy olanda
Bir-iki rəy balı birdən 5-ə və ya 1-ə çıxarmasın deyə, bal rəy az olanda neytral 3-ə yaxın saxlanılır. Rəy artdıqca bal real ortalamaya yaxınlaşır.
Nə dərc olunmur
- Söyüş, nalayiq söz və təhqir. Hərfləri dəyişdirilmiş yazılışlar da tutulur.
- Reklam, keçid (link) və telefon nömrəsi.
- Məhsulla və ya obyektlə əlaqəsi olmayan mətn.
Belə rəylər nə saytda göstərilir, nə də bala daxil edilir. Xarici platformalardan gələn rəylər də eyni yoxlamadan keçir.
Məlumat mənbələri
Qida məhsullarının siyahısı idxal qeydlərindən, restoranlar Google Maps-dən, marketlər OpenStreetMap-dən götürülüb. Obyekt sahiblərinin şəxsi məlumatları saytda göstərilmir.